Nüsrət Xəlilov
- Admin
- 09-апр-2024, 19:26
- 0 Şərhlər
- 172 baxış
Nüsrət Xəlilov, Qafqaz Universitetindən “maliyyə” ixtisası üzrə bakalavr və magistratura təhsilinə sahibdir. Təhsilin bakalavr pilləsini vaxtından bir il öncə, eyni zamanda fərqlənmə diplomu ilə bitirən ölkə üzrə ilk tələbə olmuşdur. O, magistratura pilləsi üzrə də yüksək nəticələrlə məzun olmuşdur.
Əmək fəaliyyətinə 2010-cu ildən bank sektorunda başlamışdır. Nüsrət Xəlilov, bank, vergi xidmətləri və insan resursları sahəsində uzunmüddətli rəhbərlik təcrübəsinə malikdir.
Nüsrət Xəlilov, maliyyə, insan resurslarının idarə edilməsi, xüsusilə də əmək qanunvericiliyi və kadr uçotunun diaqnostikası, qurulması və konsultasiyası sahəsində 15 ilə yaxın idarəetmə təcrübəsi olan, əmək qanunvericiliyi əməyin uçotu sahəsində ixtisaslaşan aparıcı ekspertdir. O, özəl sektorda vergi və maliyyə xidmətlərində rəhbər vəzifədə çalışmış, 100-dən artıq hüquqi şəxslərin vergi və insan resursları sahəsində uçotunun qurulması və aparılmasında iştirak etmişdir.
Hazırda isə, insan resursları sahəsində işə qəbul, kadr hazırlığı, təlimlər və kadr uçotunun aparılması və qurulması kimi geniş sahəsləri özündə birləşdirən İnsan Kapitalı Mərkəzinin rəhbəri vəzifəsində çalışır.
Şirkətlərə insan resursları, xüsusilə də əmək qanunvericiliyi üzrə konsultasiya verən konsultantdır.
Nüsrət Xəlilov, əmək qanunvericiliyi, əməyin uçotu və insan resursları sahəsində təlimlər verən tanınmış təlimçidir. Müsahibə və işə qəbul üzrə uzunmüddətli praktik təcrübəyə malikdir.
Nüsrət Xəlilov, Dövlət Vergi Xidmətinin əmək qanunvericiliyi üzrə ekspertidir.
O, eyni zamanda Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə əmək qanunvericiliyi üzrə ekspertidir.