İşçinin güzəşt hüququnun tanınması ilə bağlı Vergi Məcəlləsində hansı dəyişiklik edilmişdir? Praktik izah
- NusratKhalilov
- 26-май-2024, 19:44
- 0 Şərhlər
- 26 baxış
Bu halda, əmək haqqı hesablanarkən tətbiq edilməli güzəşt, güzəşt hüququ verən sənəd iş yerinə təqdim edildiyi tarixdən, yoxsa, əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi tarixdən tətbiq ediləcəkdir?
Hazırda satışda olan əmək qanunverciliyinə dair ən son əlavə və dəyişikliklərlə təkmilləşdirilmiş praktik kitablarımız:
Kitablarımızı WHATSAPP (0554666550) – a keçid edərək sifariş edə bilərsiniz. Kitablar bütün ölkədaxili ödənişsiz çatdırılma edilir.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Yəni, qeyd edilən vaxta qədər qüvvədə olan normaya əsasən, şəxsin işə qəbul olduğu vaxtda Vergi Məcəlləsində nəzərdə tutulmuş hər hansı güzəşt hüququ olduğu halda, lakin o, güzəşt hüququnu təsdiq etdiyi sənədi işə qəbul edildiyi zaman təqdim etməzdisə, bu halda, ona əmək haqqı hesablanarkən güzəşt edilmirdi. İşçi güzəşt hüququnu təsdiq edən sənədi nə vaxt təqdim edərdisə, vergi güzəştləri hüququ sənədlərin təqdim edildiyi andan yaranırdı.
Nümunə 1. Müharibə veteranı statusuna malik işçi 18.02.2020-ci il tarixdən işə qəbul olmuş, lakin güzəşt hüququnu təsdiq edən sənədi 12.05.2020-ci il tarixdən iş yerinə təqdim etmişdir.
1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş normaya əsasən, vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yarandığı üçün, nümunəyə uyğun işçiyə güzəşt hüququ işə qəbul olduğu tarixdən deyil, güzəşt hüququ verən sənədin təqdim edilmə tarixindən, yəni 12.05.2020-ci il tarixdən tətbiq ediləcək idi.
İşçi, güzəşt hüququnu təqdim etdiyi tarixdən işə qəbul edildiyi tarixə qədərki güzəşt hüququnu itirmiş olacaqdı.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə 1 yanvar 2022-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir.
Həmçinin, 1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinin 102.8-ci maddəsinə olunmuş əlavəyə əsasən, fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Nümunə 2. İşçi müharibə veteranıdır. Güzəşt hüququnu təsdiq edən sənədi 28.12.2022-ci il tarixdə iş yerinə təqdim etmişdir. Müəssisədə 05.08.2021-ci il tarixdən əsas iş yerində əmək müqaviləsi üzrə çalışır. Güzəşt hüququ 08.11.2020-ci il tarixdən var. İşçiyə güzəşt hansı tarixdən tətbiq edilməlidir?
Sualda qeyd olunan halda, müvafiq vergi güzəşti təsdiqedici sənəd əsasında 1 yanvar 2022-ci il tarixdən tətbiq olunmalıdır. Vergi Məcəlləsinə müvafiq dəyişiklik 1 yanvar 2022-ci il tarixdən olduğu üçün güzəşt də bu halda həmin tarixdən tətbiq ediləcəkdir. Əgər, əmək müqaviləsi hüquqi qüvvəyə 1 yanvar 2022-ci il tarixdən sonra minərsə, əmək müqaviləsinin qüvvəyə mindiyi tarix, əgər əmək müqaviləsi 1 yanvar 2022-ci il tarixdən əvvəl qüvvəyə minərsə, güzəşt 1 yanvar 2022-ci il tarixdən etibarən tətbiq ediləcəkdir. Bu halda, rüblər üzrə təqdim edilmiş “Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə”yə dəqiqləşmə edilərək şəxsdən tutulmuş vergi məbləğləri ona geri qaytarılmalı və müvafiq düzəlişlər hesabatlarda öz əksini tapmalıdır.
İşçinin güzəşt hüququ 08.11.2020-ci il tarixdən olsa da, o 05.08.2021-ci il tarixdə işə qəbul edilmişdir. Lakin, işə qəbul ediliyi vaxt güzəşt hüququnu təsdiq edən sənədi iş yerinə təqdim etməmiş, bu səbəbdən ona güzəşt tətbiq edilməmişdir. O, 28.12.2022-ci il tarixdə vergi güzəşti hüququnu təsdiq edən sənədi iş yerinə təqdim etdikdə, ona güzəşt 01.01.2022-ci il tarixdən tətbiq ediləcəkdir. 01.01.2022-28.12.2022-ci tarixləri arasında ona güzəşt tətbiq edilmədiyi üçün verilmiş hesabatlara dəqiqləşmə edilərək əmək haqqına güzəşt tətbiq ediləcəkdir.
Müvafiq dəyişiklikdən öncə isə, yuxarıdakı nümunədəki işçiyə güzəşt, güzəşt hüququnu tətbiq etdiyi tarixdən, 28.12.2022-ci il tarixdən tətbiq ediləcək idi.
Nümunə 3. İşçi müharibə veteranıdır. Güzəşt hüququnu təsdiq edən sənədi 23.06.2023-cü il tarixdə təqdim etmişdir. Müəssisədə 05.01.2023-ci il tarixdən əsas iş yerində əmək müqaviləsi üzrə çalışır. İşçiyə güzəşt hansı tarixdən tətbiq edilməlidir?
Bu halda, güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra (23.06.2023) təqdim etdiyi üçün, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən (05.01.2023) tətbiq ediləcəkdir.
Nümunə 4. İşçi müharibə veteranıdır. Əlavə iş yeri üzrə işəgötürənə, güzəşt hüququnu təsdiq edən sənədi 23.06.2023-cü il tarixdə təqdim etmişdir. Müəssisədə 05.01.2023-ci il tarixdən əmək müqaviləsi üzrə çalışır. İşçiyə güzəşt hansı tarixdən tətbiq edilməlidir?
Müəyyən olunmuş güzəşt, yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) tətbiq edildiyi üçün, bu halda, işçiyə güzəşt tətbiq edilməyəcəkdir.
Qeyd edək ki, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarına əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslər əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:
Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.
Əsas: Əmək qanunvericiliyi – testlər və praktik məsələlər toplusu kitabı