Görüşlərdən fotolar

Pedaqoji Universitetdə məzunların işlə təmini sorğusunun nəticələri müzakirə edilib

İyunun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı keçirdiyi sorğunun yekunları ilə bağlı görüş keçirilib. Cari ilin aprel-may aylarında portal tərəfindən “Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir?” mövzusunda keçirilən virtual sorğusunun nəticələrinə əsasən, ADPU böyük fərqlə qalib seçilib.

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, millət vəkilləri Ceyhun Məmmədov, Fazil Mustafa və Arzu Nağıyev, təhsil ekspertləri professor Şahlar Əsgərov, Nadir İsrafilov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Pərvanə Məmmədova və Məleykə Əlizadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru Qasım Məmmədov və rektorun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  prorektoru Raqif Qasımov, Azərbaycan Texniki Universitetinin (AzTU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzun Mərkəzinin rəhbəri Vasif Həsənov, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov, media eksperti Nəzirməmməd Zöhrablı, “Məktəb guşəsi” jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və ADPU-nun müvafiq struktur rəhbərləri iştirak ediblər.

Qonaqlar əvvəldə universitetdə yay imtahan sessiyasının gedişini izləyib, şifahi imtahanların təşkili ilə yaxından tanış olublar.

Rektor prof. Cəfər Cəfərov giriş sözü ilə çıxış edərək, qonaqları salamlayıb və Pedaqoji Universitetdə tədrisin keyfiyyətinin artırılması və məzunların əmək bazarında izlənilməsi mexanizmləri haqqında məlumat verib. Qeyd olunub ki, ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ilin nəticələrinə görə, təxminən 76  faiz təşkil edir.

Görüşün moderatoru prof. Şahlar Əsgərov qeyd edib ki, ictimaiyyət arasında ilk dəfədir ki, bu mövzuda tədqiqatlar aparılır və bu göstəricilər hər bir ali təhsil müəssisəsi üçün önəmlidir.

Sorğu haqqında ətraflı məlumat verən Məzahir Məmmədli bildirb ki,virtual sorğuda ümumilikdə 3709 nəfər iştirak edib. Nəticələrə əsasən, ADPU, AzTU, ADNSU, UNEC və BDU yüksək göstəricilər əldə ediblər. Vurğulanıb ki, sorğunun keçirilməsində məqsəd  universitetlərin məzunlarının sonrakı taleyi ilə bağlı nəticələrini bilmələrinə müəyyən qədər yardımçı olmaqdır. Xüsusilə, qeyd olunub ki, indiyədək portal tərəfindən müxtəlif mövzularda keçirilən təhsil sorğularında ADPU artıq üçüncü dəfədir ki, ilk yeri tutur.

Daha sonra millət vəkilləri Ceyhun Məmmədov, Fazil Mustafa və Arzu Nağıyev, ekspert Nadir İsrafilov, İctimai Şuranın üzvü Pərvanə Məmmədova, UNEC-in prorektoru Raqif Qasımov və digərləri təhsil sahəsində aparılan islahatlar, məzunların məşğulluq vəziyyəti, ucqar bölgələrdə müəllim kadrları ilə təminat məsələləri və  s. haqqında öz fikirlərini bölüşmüş, ətraflı fikir mübadiləsi aparılmışdır. Bildirilib ki, bu gün ali təhsil müəssisələri qəbul planlarını təsdiq edərkən tələbəyönümlü davranmalıdır. Universitetlərin ən önəmli reytinq göstəricilərindən biri də onun məzunlarının ixtisas üzrə əmək bazarında özlərinə iş tapması və ya universitetin özünün məzunlarını iş imkanları ilə təmin etməsidir. Digər vacib məsələ isə universitetlərin əlçatanlığıdır ki, burada qurumun ictimaiyyətlə əlaqələrinin təşkili, universitet alimlərinin abituriyentlərlə görüşləri və s. çox önəmlidir.

Sonda sorğuda fərqləndiyinə görə ADPU, BDU, UNEC, AzTU və ADNSU-ya müvafiq diplomlar təqdim olunub.

 

 



Şərhlər (0)
Nəşrlərimiz
Təqvim
«    Декабрь 2024    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031